Şah Restoranı haqqında

“Şah” restoran-qalereyası Azərbaycan
milli mətbəxinin bütün pərəstişkarları üçün öz qapılarını açıb!
Bizə qonaq gələrək, Siz Azərbaycan mətbəxinin
rəngarəng və ləzzətli qastronomik dünyasına səyahət etmək, aşpazlarımız
tərəfindən yerli fermaların ekoloji təmiz məhsullarından orta əsr reseptləri
əsasında hazırlanmış yeməkləri dadmaq imkanı əldə edəcəksiz. Hər yeməyin öz tarixi və unudulmaz dadı
var.
Müxtəlif çeşidli və dadlı təamlar hətta ən tələbkar qurmanı belə biganə
qoymayacaq.
“Şah” Azərbaycanın tarixini və zəngin mədəniyyətini
əks etdirir. Məkanımız,
Səfəvilər sülaləsinin banisi, sərkərdə və şair Şah İsmayıl Xətaiyə həsr edilib.
Məkan özündə milli ornament və naxışları, xalça və
rəsm əsərlərini, dəbdəbəli şərq üslübunda interyeri və həzin milli musiqini
birləşdirməklə Sizi orta əsrlər dövrünə aparacaq!